Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb
  10 Yanvar 2025    Oxunub:524
Müdafiə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının “Ombudsman təsisatı ilə birgə tədbirlər planı imzalanıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2025-ci il üçün birgə tədbirlər planı hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar imzalanıb.

Plana əsasən, cari il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyənləşdirilib. Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və ətraflı fikir mübadiləsi aparılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti