“Prezident Trampın ABŞ Məxfi Xidmətinin əvvəllər mənim təhlükəsizliyim üçün göstərdiyi xidmətinə son qoymaq qərarına gəlməsindən məyus oldum, amma təəccüblənmirəm. Halbuki, mənim həyatım üçün təhlükə bu gün də qalmaqdadır”, - Con Bolton “X” sosial şəbəkəsində paylaşım edib.
Qeyd edək ki, son illərdə ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən Gizli Xidmət ilk növbədə ölkənin ali rəhbərliyini və Amerika torpaqlarında yerləşən xarici liderləri qoruyur. Federal hüquq-mühafizə orqanı statusuna malik olan bu kəşfiyyat xidməti 2003-cü ilə qədər ABŞ-nin Maliyyə nazirliyinin tərkibində fəaliyyət göstərib. Bu onunla izah edilirdi ki, qurum 1865-ci ildə ABŞ milli valyutasının saxtalaşdırılmasına qarşı mübarizə məqsədilə yaradılıb, lakin sonradan onun funksiyaları xeyli genişlənib.
22 ştat Trampın əleyhinə çıxıb |
Trampın ilk administrasiyası dövründə Con Bolton 2018-2019-cu illərdə Amerika liderinin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsində çalışıb. Aralarında kəskin fikir ayrılığı yarandıqdan sonra Tramp onu işdən çıxarıb. Keçmişdə Bolton başqa işlərlə yanaşı, ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini olub.
2021-ci ildə ona dövlət dərəfindən qorunma xidməti təqdim olunub. Amerika hakimiyyətinin iddiasına görə, İranın kəşfiyyat xidmətləri Boltona qarşı “ova” çıxıblar. ABŞ-nin Məxfi Xidməti, öz növbəsində, Con Boltonun son açıqlamasını şərh etməkdən boyun qaçırıb.
“Məxfi Xidmət bu məsələ ilə bağlı şərh vermək iqtidarında deyil”, - qurumun mətbuat xidmətindən bildiriblər.
Sahil İsgəndərov
AzVision.az