Pentaqon rəhbəri Millini məxfi məlumatlara girişdən məhrum edir

Pentaqon rəhbəri Millini məxfi məlumatlara girişdən məhrum edir
  29 Yanvar 2025    Oxunub:575
Pentaqonun yeni rəhbəri Pit Heqset keçmiş Birləşmiş Qərargah Rəisləri komitəsinin rəhbəri, generalı Mark Millinin məxfi məlumatlara çıxışını dayandırıb.
Bu fikirlər CNN-də dərc olunan məqalədəndir. Nəşr hərbi qurumun rəsmi nümayəndəsi Con Ullyota istinad edib. Qeyd edilib ki, onun mühafizə məsələlərində də məhdudiyyətlər olacaq.

Tramp kütləvi ixtisarlara başlayır
Pentaqonun baş müfəttişinə həmçinin Millinin hərbi rütbəsinə yenidən baxılması istiqamətində tapşırıqlar da verilib. Mar Millinin davranışları ilə bağlı faktlar, onun fəaliyyəti araşdırılacaq.

Hələ ötən ilin iyulunda "Politico" nəşri yazmışdı ki, respublikaçı siyasətçi Donald Trampın komandası ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Milli də daxil olmaqla bir sıra yüksək vəzifəli məmurlara qarşı təhqiqat başladacaq.

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden isə ölkədə hakimiyyət dəyişikliyindən əvvəl Millini preventiv şəkildə əfv etmişdi. Tramp bununla bağlı Baydeni tənqid edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Pentaqon  





Xəbər lenti