Kurskda nadir atmosfer hadisəsi müşahidə olunub - FOTO

Kurskda nadir atmosfer hadisəsi müşahidə olunub    - FOTO
  07 Fevral 2025    Oxunub:379
Kurskda maraqlı təbiət hadisəsi müşahidə olunub.
Pobeda prospektində yaşayanlar səmada "günəş sütunu" müşahidə ediblər. Bununla bağlı fotolar "Kursk Region" Telegram kanalında yayılıb.

"Günəş sütunları" şaxtalı havada günəş çıxan zaman görünür. Hazırda Kursk vilayətində havanın temperaturu -10 ilə -5 dərəcə arasında dəyişir.

Möhtəşəm işıq effetki verən və sütun şəklində görünən günəş şüası ən çox batım və ya dan yeri ağaran zamanı müşahidə olunur. Oxşar "sütunlar" Ay, hətta parlaq planetlərdən biri, həmçinin planetimizdəki güclü işıq mənbələri tərəfindən də yaradıla bilir.

Bir müddət öncə Sankt-Peterburq sakinləri də bu nadir atmosfer hadisəsinin şahidi olmuşdular. "Fontanka" nəşri Telegram kanalında yazıb ki, şəhərin səmasında günəş işıqlarının sütun formasında görünməsi hər kəsi çaşdırıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Kursk  





Xəbər lenti