Ankara və Moskva yeni enerji layihələrini müzakirə edib

Ankara və Moskva yeni enerji layihələrini müzakirə edib
  28 Fevral 2025    Oxunub:307
Türkiyə və Rusiya energetika sahəsində əməkdaşlığı gücləndirir.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar rusiyalı həmkarı ilə danışıqlardan sonra sosial şəbəkə hesabında yazıb.

“Moskvaya səfər çərçivəsində Rusiyanın energetika naziri Sergey Tsivilyev ilə görüşdük. Energetika sahəsində əməkdaşlığımızın inkişafına töhfə verəcək məsələləri müzakirə etdik, cari birgə layihələri dəyərləndirdik və yeni imkanları nəzərdən keçirdik”, - o qeyd edib.



Bayraktar vurğulayıb ki, Türkiyə Rusiya ilə enerji sektorunda qarşılıqlı faydalı əsasda tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətindədir.

AzVision.az



Teqlər:





Xəbər lenti