Belçika Ukraynaya bir milyardlıq hərbi yardım ayıracaq

Belçika Ukraynaya bir milyardlıq hərbi yardım ayıracaq
  18 May 2025    Oxunub:259
Belçika Ukraynaya bir milyard avro məbləğində hərbi yardım paketi verəcək.
AzVision.az bu barədə Oxu.az-a istinadən xəbər verir ki, məlumatı TIJD nəşri yayıb.

Yeni yardım paketinə təqribən 100 ədəd "Unimog" markalı zirehli təcili yardım maşınları və nəqliyyat vasitəsi, eləcə də silah və artilleriya daxildir.

Belçikanın müdafiə naziri Teo Frankenin sözlərinə görə, yardımın əksər hissəsi (645 milyon avro) Belçika mənşəlidir.

Belçika həmçinin Ukraynaya beş pilotsuz dəniz gəmisi və digər pilotsuz uçuş aparatları, dəbilqələr, tibbi avadanlıqlar, portativ dron aşkarlama sistemləri, gecə görmə gözlükləri və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı qoruyucu geyimlər, 16 mindən çox silah, həmçinin 20 təkmilləşdirilmiş "Cerber zenit sistemi və "Leopard" döyüş tankı tədarük edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti