Moskva Azərbaycanda rusdilli mətbuata dəstək verəcək
Bu vəsaitlər hesabına Azərbaycan, Almaniya, Bolqarıstan, İtaliya, Litva, Qazaxıstan, Kipr, ABŞ, Moldova və Estoniyada rusdilli mətbuata dəstək proqramı həyata keçiriləcək.
Rusiya paytaxtı hökumətinin mətbuat xidmətindən bildiriblər ki, rusdilli KİV-də xaricdə yaşayan rusiyalılara xüsusi diqqət ayrılır və belə KİV Rusiya üçün böyük əhəmiyyət kəsb edən, Moskva hökumətinin təşəbbüsü ilə xaricdə keçirilən bütün hadisələrin informasiya tərəfdaşlarıdır.
Proqramın əsas vəzifəsi - rusdilli məkanın qorunması, həmçinin informasiya sahəsində inkişafı üçün rusiyalıların birləşdirilməsinə yardım göstərməkdir.
Teqlər: