Səfirlikdə Dəmirəl üçün xatirə kitabı açılıb

Səfirlikdə Dəmirəl üçün xatirə kitabı açılıb
  18 İyun 2015    Oxunub:1901
Türkiyənin Azərbaycandakı səfirliyində doqquzuncu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılıb.
Səfirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, xatirə kitabı bu gün saat 10:10-da açılıb. Bununla yanaşı səfirlikdə bayraqlar da endirilib.


Qeyd edək ki, Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl dünən Ankara xəstəxanasında 91 yaşında dünyasını dəyişib.

S.Dəmirəl 1993-2000-ci prezident postunu illərdə tutub. Ondan əvvəl 5 dəfə Türkiyənin baş naziri vəzifəsinə seçilib.


Teqlər:  





Xəbər lenti