Yerevandakı etirazlar bölgələrə də yayılır

Yerevandakı etirazlar bölgələrə də yayılır
  26 İyun 2015    Oxunub:2703
Gümrünün Teatr meydanında ERP (Ermənistan Respublikaçılar Partiyası) üzvlərindən bir neçəsi ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz əlaməti olaraq öz üzvlük biletlərini yandırıblar.

Şahidlərin dediyinə görə, 60 yaşlı Qaqik Gevorkyan biletini yandırarkən özünün ifrat dərəcədə məyyusluğunu bildirərək deyib: “Məni məhv etmək istəyən hakim partiyanın fəaliyyətinə etiraz edərək bu bu addimı atıram”.

AzVision.az-ın əldə etdiyi digər xəbərə görə, Yerevandakı aksiya bölkəgələrə və xaricə də yayılır. “Talana yox” devizi altında keçirilən aksiyanın təşəbbüs qrupunun üzvü Vağenak Şuşanyan Bağramyan prospektinə toplaşan mitinqçilərə bildirib ki, Araqatsudni vilayətində də hakimiyyət əleyhinə nümayişlər başlanıb.

Eyni zamanda, Vaşinqtonda 3000 nəfərə qədər insanın toplaşdığı mitinq keçirilir. Strasburqda, Almaniyanın və Fransanın bir sıra şəhərlərində aksiyalar başlanyıb. Gürcüstanda və Çarentsavan qəsəbəsində isə mitinqlərə hazırlaşırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti