Dövlət Departamenti Klintonun məktublarını itirdi

Dövlət Departamenti Klintonun məktublarını itirdi
  26 İyun 2015    Oxunub:2111
ABŞ Dövlət Departamenti qurumun sabiq rəhbəri Hilari Klintonun 15 elektron məktəbini tapa bilmir.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Bu 15 məktubun 2012-ci ildə Benqazidəki hadisələrə heç bir aidiyyatı yoxdur”, - deyə Departamention yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentində işləyən zaman Klintonun elektron poçtu şəxsi serverlərindən istifadə etməsi onun siyasi rəqiblərinin kəskin narazılığına səbəb olub.

Nəticədə Klinton bütün məktublarını yoxlamaq üçün Dövlət Departamentinə təqdim etməli olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti