“İrəvandakı hadisələr Maydana bənzəyir” - Lavrov
O, qeyd edib ki, bəzi qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edir, milli məsələlər əvəzinə, ölkədə sabitliyi pozmaq üçün alət edirlər: “Görünən odur ki, bu hadisələri şişirtmək kimlər üçünsə faydalıdır və bundan siyasi açar kimi yararlanırlar”.
S.Lavrov Ermənistanda baş verənləri Ukraynadakı Maydan hərəkatına bənzədib, gəncləri Qərbin çağırışlarına uymamağa çağırıb: “Siz rəngli inqilabların nə olduğunu bilirsiniz?. Ukraynada Maydan və Ermənistandakı indiki hadisələr bir-birinə çox bənzəyir. Bu hərəkətlərlə gənclərdə həvəs oyadırlar ki, dövlət əleyhinə əhval-ruhiyyəni korlasınlar, mövcud hakimiyyətə təzyiqi artırsınlar və bununla da öz məqsədləri üçün istifadə etsinlər”.