İlin ən önəmli hadisəsi: İran Qərbi uddu

İlin ən önəmli hadisəsi: İran Qərbi uddu
  14 İyul 2015    Oxunub:2335
Rəsmi Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran nüvə proqramına dair bütün məsələlər, mövcud və potensial nizamlanmasını nəzərdə tutan yol xəritəsi imzalayıblar.

Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

`Altılıq` ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) və İran nüvə məsələsinin nizamlanması üzrə birgə kompleks tədbirlər planı razılaşdırıb. Sənəd 17 səhifədən ibarətdir.

Sənədə əsasən İran üzərində 5 il ərzində uranı 3,67 faizdən çox zənginləşdirməmək və Fordodakı zavodu texnoloji mərkəzə çevirmək öhdəliyi götürür. Bunun qarşılığında isə rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılır. Sənəddə həmçinin, İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə ona qarşı yenidən sanksiyaların tətbiq olunması mexanizmi də öz əksini tapıb. Saziş BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edildikdən 90 gün sonra qüvvəyə minəcək.

Bundan əlavə İran 15 il ərzində yeni nüvə zavodu tikməmək barədə üzərinə öhdəilik götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti