`Polisləri cəzalandırın` - İrəvanda etirazçılardan tələb (VİDEO)

`Polisləri cəzalandırın` - İrəvanda etirazçılardan tələb (VİDEO)
  15 İyul 2015    Oxunub:2737
Ermənistanda elektrik enerjisi tariflərinin artmasına etiraz edən “Talana yox” vətəndaş hərəkatının fəalları ölkənin Baş Prokurorluğuna məktub təqdim edib.

Bu barədə AzVision.az `News.am`-a istinadənən xəbər verir.

Məktubda etirazçılar 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı tələb edirlər.

“Talana yox” vətəndaş hərəkatının fəallarından biri Ara Karaqezyan iyunun 23-ü vətəndaşların dinc aksiya keçirmək hüququ pozulub.

Bundan əlavə etirazçılar Baş Prokurorluqdan bu tələbləri ünvanlayıb:

-Vəzifə səlahiyyətlərini yerinə yetirdiyi zaman polislər forma geyməlidir.

-Əgər aksiyalarda həddi-buluğa çatmayan şəxslər iştirak edirsə, onda polis xüsusi vasitələr tətbiq etmək hüququna malik deyil.

Bununla da “Talana yox” vətəndaş hərəkatının aksiyası başa çatıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti