İrandan neftin qiymətini kəskin salacaq addım

İrandan neftin qiymətini kəskin salacaq addım
  15 İyul 2015    Oxunub:2845
İran Milli Neft Şirkəti (NİOC) bütün yataqlarda neft hasilatının artırılması barədə göstəriş aldığını bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə `Reuters` agentliyi İranın `Şarx` qəzetinə istinadən xəbər verir.

Daha əvvəl NİOC-in beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari bəyan etmişdi ki, sanksiyaların aradan qaldırılmasından sonra İran neft hasilatını maksimum şəkildə artırmağa, həmçinin Avropa bazarında 42-43%-lik payını bərpa etməyə çalışacaq.

Qəzet yazır ki, bazarda tələbat olduğu təqdirdə İran gün ərzində 4 milyon barelə qədər neft hasil edə bilər.
Qeyd edək ki, İrana qarşı sanksiyalar tətbiq olunana qədər ölkə 4 milyon barel neft hasil edirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti