Azərbaycanlıların çalışdığı teatrda erməni rəhbər

Azərbaycanlıların çalışdığı teatrda erməni rəhbər
  16 İyul 2015    Oxunub:2618
Erməni solist Gevork Davidyan İstanbul Opera və Balet Teatrının direktoru təyin edilib.
G.Davidyan əvvəllər İstanbul Opera və Balet Teatrının solisti kimi çalışıb. Davidyan yaşla əlaqədar təqaüdə çıxan keçmiş direktorun yerinə təyin edilib.

Gevork Davidyan 1968-ci ildə İstanbulda doğulub. 1996-cı ildə Memar Sinan adına Universitet yanında konservatoriyanın opera bölməsini bitirib. 1998-ci ildə İstanbul Opera və Balet Teatrına işə düzələrək solist olub. Bir çox ölkələrdə solist və xormeyster kimi çıxış edib.

İstanbul Opera və Balet Teatrının baş dirijoru, əməkdar incəsənət xadimi Elşad Bağırovdur. Qeyd edək ki, İstanbul Dövlət Opera və Balet Teatrında 1986-cı ildən fəaliyyət göstərən Elşad Bağırov indiyədək 35 premyeraya dirijorluq edib. Bu sırada azərbaycanlı bəstəkarların əsərləri də yer alıb. Bundan başqa teatrda bir sıra azərbaycanlılar da çalışır (Ans).


Teqlər:





Xəbər lenti