Ermənistanın milyonçu deputatları – SİYAHI

Ermənistanın milyonçu deputatları – SİYAHI
  16 İyul 2015    Oxunub:4075
2014-cü il ərzində gəlir haqqında bəyannaməyə əsasən Ermənistan Milli Məclisində 14 dollar milyoneri var.
AzVision.az `168 jam` qəzetinə istinadən xəbər verir ki, onların vəsaitlərinin ümumi həcmi təxminən 223 milyon dollar təşkil edir.

Gəlir deklarasiyası haqqında bəyannaməyə əsasən Ermənistan parlamentinin əbn varlı deputatı Qaqik Çarukyandır. 2014-cü ilin yekunlarına əsasən onun gəlirlərinin həcmi 33,9 milyard dram, 30,37 milyon dollar və 26,3 milyon avrodur. Vəsaitlərinin həcminə görə, siyahıda ikincin yeri Ermənistan respublika Partiyasının deputatı Samvel Aleksanyandır. Erməni deputatın həyat yoldaşı birlikdə təxminən 36 milyon dollara sahib olduğu bildirilir. Siyahıda üçüncü yeri isə `Yerevan qeradjur` pivə zavodunun sahibi, deputat Akop Akopyandır. O, 9,6 milyon dollar varidatın sahibidir.

`Ermənistan parlamentinin 131 deputatından 127-i 2014-cü il üzrə öz gəlir bəyannaməsini təqdim edib. Onların gəlirlərinin ümumi həcmi 62 milyard dram, 66,3 milyon dollar və 33,8 milyon avrodur`, - deyə qəzet yazır.

AzVision.az Ermənistan parlamentinin 14 dollar milyonçusunun siyahısını təqdim edir:

1. Qaqik Çarukyan
2. Samvel Aleksanyan
3. Akop Akopyan
4. Qurqen Arsenyan
5. Aşot Arsenyan
6. Qriqor Marqaryan
7. Araik Qriqoryan
8. Arşak Mxitaryan
9. Artak Sarkisyan
10. Ara Aramyan
11. Manvel Bedayan
12. Murad Quloyan
13. Artur Qevorkyan
14. Melik Manukyan

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti