Saakaşvili Putindən danışdı: `O, mənim orqanizmimlə...`

 Saakaşvili Putindən danışdı: `O, mənim orqanizmimlə...`
  16 İyul 2015    Oxunub:3720
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Odessa vilayətinin hazırkı qubernatoru `BBC`-yə müsahibəsində Rusiya lideri Vladimir Putinlə olan münasibətindən danışıb.
AzVision.az xəbər verir ki, jurnalist Saakaşviliyə `Putinin sabiq gürcü lideri bir yerindən asmaq istəyir` bəyanatını xatırladıb.

`Bəli, o bəzən mənim orqanizmimin müəyyən hissələri ilə maraqlanır... Lakin söhbət bundan getmir. Gəlin, bu gün Ukraynanın özünün mövcudluğunun nədən asılı olduğuna baxaq. Söhbət Rusiyanı hərbi məğlubiyyətə düçar etməkdən getmir`.

Mixail Saakaşvili onun komandasının Ukraynada kim tərəfindən maliyyələşdirilməsi sualını da cavablandırıb: `ABŞ hökuməti bizim korrupsiya ilə bağlı proqramlarımızı maliyyələşdirir. O, bizə texniki dəstək verir. Məsələn sənədlərin təsdiqlənməsi üzrə mərkəzin yaradılmasında. ABŞ hökuməti həmçinin öz mütəxəssislərini göndərməklə bizə yeni Gömrük Xidmətinin yaradılmasını da maliyyələşdirə bilər. Biz Ukrayna milisinin formalaşdırılmasında da ABŞ polisi ilə əməkdaşlıq edirik.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti