Rəsmi Tiflis SOCAR-ı cərimələdi: 14 milyon

Rəsmi Tiflis SOCAR-ı cərimələdi: 14 milyon
  16 İyul 2015    Oxunub:2167
Gürcüstan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti SOCAR Georgia petroleum MMC-ni cərimələyib.
AzVision.az bu barədə `Sputnik - Gürcüstan`a istinadən xəbər verir.

Məlumata əsasən Gürcüstan Rəqabət Agentliyi tərəfindən aparılan araşdırmalar zamanı bəzi şirkətlərin avtomobil yanacağı bazarında ölkənin `Rəqabət haqqında` qanunvericiliyini pozduğu aşkarlanıb.

Agentliyin yaydığı məlumata görə, araşdırma aparılan şirkətlər ümumi məbləği 55 milyon ları (25 milyon dollar) dəyərində cərimə ödəməlidir.

Qanunu pozan şirkətlər arasında SOCAR Georgia petroleum MMC də var. Şirkət 14 381 385 lari məbləğində cərimələnib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti