Qanlı bayram:15 ölü

Qanlı bayram:15 ölü
  17 İyul 2015    Oxunub:2061
Suriya, Nigeriya və Misirdə Ramazan bayramının ilk günü qanlı hadisələrlə yadda qalıb. AzVision.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, baş verən qanlı olaylar nəticəsində 15 nəfər ölüb, onlarla yaralı var.
Suriyanın Hələb bölgəsinin Bab ilçəsində bayram namazı qılınan iki məscidə təşkil edilən hava hücumu nəticəsində 5 nəfər ölüb, xeyli sayda yaralı var.
Misirin şimalında yerləşən Giza şəhərində isə bayram namazından sonra hökumət əleyhinə etiraz edən kütləyə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər həbs edilib.
Nigeriyanın şimalında yerləşən Damaturu şəhərində baş verən partlayış nəticəsində isə 5 nəfər ölüb, onlarla yaralanan var.

Elvin Abdulqədirov

AzVision.az


Teqlər:  





Xəbər lenti