İrəvanda qarşudurma gözlənilir

İrəvanda qarşudurma gözlənilir
  18 İyul 2015    Oxunub:2414
Bu gün İrəvanda yenidən etiraz aksiyası keçirilməsi gözlənilir.
Elektrik enerjisinin qiymətinin bahalaşmasına qarşı mübarizə aparan yeni yaradılan "Dur, Ermənistan" vətəndaş hərəkatı qrupu hərəkətə keçib. Bu informasiya təşkilatının "Facebook" səhifəsində yerləşdirilib. Bu təşəbbüs artıq Ermənistan rəhbərliyini ciddi təşvişə salıb.

Bundan əvvəl, iyunun 19-dan iyulun 6-dək də eyni səbəbdən etiraz aksiyası keçirilmişdi. Amma sonda polis aksiyanı dağıtdı. Hakimiyyət həmin vaxt tariflərə yenidən bağılacağını vəd eləmişdi.

İyunun 23-də İrəvan polisi tərəfindən elektrik enerjisinin bahalaşmasına qarşı etiraza qalxmış “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfər, həmçinin jurnalistlər saxlanılıb, onlara qarşı qəddarlıq nümayiş olunub.

Bir sözlə, Ermənistanda hakimiyyəti olduqca çətin günlər gözləyir. Prezident Serj Sarkisyanın taleyi isə necə olacaq, onu özündən başqa kimsə bilmir. İrəvanda suların nə vaxt durulacağını zaman göstərəcək. Ya əhali bu rejimi devirəcək, ya geri çəkiləcək. Vəziyyətin indiki gedişi xalqın geriyə addım atmayacağı kimi görünür. (Ans)


Teqlər:  





Xəbər lenti