`Charli Hebdo` daha peyğəmbərin karikaturasını çəkməyəcək
AzVision.az xəbər verir ki, bunu “The Washington Post”-a müsahibəsində jurnalın baş redaktoru Loran Surisso deyib.
O, qeyd edib ki, karikaturaçılar Məhəmməd peyğəmbrəin rəsmilərini İslamı tənqid etmək üçün çəkmirdi:
`Jurnalın əməkdaşları peyğəmbərin karikaturalarından özünüifadə azadlığı prinsiplərinin müdafiəsi məqsədilə istifadə edirdilər`.
Qeyd edək ki, Fransanın paytaxtı Paris şəhərində yerləşən Charlie Hebdo satirik qəzetinə edilən silahlı hücum nəticəsində 12 nəfər həlak olub. Öldürülən şəxslərdən iki nəfəri Fransa Milli Polisinin əməkdaşı, qalan şəxslər isə qəzetin redaksiya heyətinin üzvləridir.
AzVision.az