Azərbaycanlı arvadını Türkiyədə 300 dollara satdı

Azərbaycanlı arvadını Türkiyədə 300 dollara satdı
  19 İyul 2015    Oxunub:4663
Gürcüstanda azərbaycanlı ər öz arvadını fahişəliyə cəlb etdiyi üçün saxlanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Trend"in Gürcüstan müxbiri xəbər verib.

Məlumatda deyilir ki, Nəzair Hacıyev adlı azərbaycanlı Türkiyədə 23 yaşlı xanımını bir fahişəxanaya satıb.

Cütlük Türkiyəyə bal ayı keçirmək adı ilə gəlib, ancaq əri azərbaycanlı olan xanımını bir kafedə 300 dollara satıb. Qadın iki ay sonra ona vurulan bir müştərinin köməyi ilə oradan xilas ola bilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi operativ əməliyyat departamentinin əməkdaşları Nəzair Hacıyevi saxlayıb.

Departamentin təmsilçisi Levan Gurgenidze deyib ki, qadın hazırda reabilitasiya kursu keçir.


Teqlər:





Xəbər lenti