Ermənistanda qubernator oğlunu güllələdilər

Ermənistanda qubernator oğlunu güllələdilər
  19 İyul 2015    Oxunub:3789
Ermənistanın Lori vilayətinin qubernatorunun oğlu güllələnib.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 18-də Alaverdi şəhərində baş verib.Qubernator Artur Nalbandyanın 22 yaşlı oğlu Levon güllə yaraları ilə İrəvanın “Erebuni” tibb mərkəzinə yerləşdirilib.

Onun üzərinə cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti stabil kimi qiymətləndirilir. Polis hadisəni törədən şəxsi artıq həbs edib, habelə hadisənin törədildiyi silah da götürülüb.

İlkin məlumata görə, insident ov zamanı bədbəxt hadisə nəticəsində baş verib. Qubernator özü hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti