AIDS tarixə qovuşa bilər

AIDS tarixə qovuşa bilər
  19 İyul 2015    Oxunub:3795
Əsrin qorxunc epidemiyaları arasında öndə gedən AIDS 2030-cu ildə tarixə qovuşa bilər. Belə bir qənaətlə BMT-nin tibbi ekspertləri çıxış ediblər.
AzVision.az-ın məlumatına görə, alimlər bildiriblər ki, artıq AIDS-ə yoluxanların 15 milyonu bu ölümcül xəstəlikdən müalicə ala bilir. 15 il sonra isə insanlar xəstəlikdən tamamilə qorunacaq və bu get-gedə müalicə ilə ona qalib gəlmək mümkün olacaq.

Müsbət göstərici ondan ibarətdir ki, dövlətlər virusla mübarizədə xeyli sərmayə ortaya qoyub və nəticədə bu istiqamətində tibb elmində nailiyyətlər əldə olunub. Buraya müasir avadanlıq və ləvazimatların tətbiqi də daxildir. Eyni zamanda, dünya əhalisinin maariflənməsi də xəstəliyə yoluxma amilini minimuma endirib.

BMT-nin məlumatinda “Əsrin vəbası” adlanan AIDS infeksiyasından hər il 2 milyon insanın həlak olduğu və bu ölümcül xəstəliyin 15 il davam etdiyi deyilir. 2000-ci ildən bəri isə 30 milyon insan qorxunc virusa yoluxub ki, onlardan 8,5 milyonu dünyasını dəyişib. Hazırda bu rəqəm 35 faiz azalıb. (report.az)


Teqlər:  





Xəbər lenti