Prezident əməliyyat olundu

Prezident əməliyyat olundu
  19 İyul 2015    Oxunub:3677
Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zumanın əməliyyat olunub.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində onun öd kisəsi daşlardan təmizlənib.

Prezident Administrasiyasının saytında bildirilir ki, həkimlər əməliyyatın nəticəsindən razıdırlar.

Klinikadan buraxılan prezident bir neçə gün evdə istirahət edib gücünü bərpa edəcək. Dövlət başçısının səhhəti ilə bağlı problem iki ay əvvəl tibbi müayinə zamanı aşkarlanıb. Ancaq sıx iş cədvəlinə görə heç cür xəstəxanada yata bilmirdi. Belə fürsət CAR parlamenti və hökumətinin tətili zamanı ələ düşüb. CAR prezidenti son bir ildə ikinci dəfə xəstəxanaya düşür. Zuma ötən ilin iyun ayında xəstəxanada ardıcılı tibbi müayinədən keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti