İslam Kərimov televiziya rəhbərini belə cəzalandırdı
Bu səfər barədə məlumatın milli telekanalların efirində elə həmin gün gedəcəyi gözlənilsə də bu, baş verməyib. Milli televiziyadan bildirilib ki, İ.Kərimovun “Kamol Sultan” fermer təsərrüfatından keçirdiyi görüşün detallarını əks etdirən reportajlar “Olim Toşboyevin səhlənkarlığı, diqqətsizliyi və məsuliyyətsizliyi ucbatından” efirə bir gün gec verilib.
Həmin gün Daşkəndə qayıdan Özbəkistan prezidenti özbək milli televiziyasının əsas xəbər proqramına baxıb, amma özünü orada görməyib.
“Sonradan məlum olub ki, bu reportaj həmin gün hazırlanmayıb və efirə verilməyib. Səbəb isə yalnız o olub ki, Toşboyev sadəcə işdən tez çıxaraq evinə getməyə üstünlük verib. Bir səs-küy qalxdı ki... İş o yerə çatdı ki, Toşboyevi ağır maddə ilə işdən qovdular. “Yuxarılar” onun bu əməlini siyasi səhv adlandırdı” - deyə özbək milli televiziyasındakı mənbə bildirib.
44 yaşlı Olim Toşboyev son 10 il ərzində “Özbəkistan” kanalının direktoru vəzifəsini tutub, eyni zamanda da Özbəkistanın Milli Teleradio Şirkəti sədrinin birinci müavini olub.(Virtualaz.org)
Teqlər: