Uorlik Qarabağın qaytarılmasından danışdı

Uorlik Qarabağın qaytarılmasından danışdı
  21 İyul 2015    Oxunub:2775
Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması hərtərəfli nizamlanmanın elementlərindən biri olmalıdır.
APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında bildirib.

“Vedomosti” nəşrinə müsahibəsini şərh edən amerikalı həmsədr qeyd edib ki, hərtərəfli nizamlanmanın elementlərindən biri Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması olmalıdır: “Bu danışıqların bir bəndi, elementidir”, deyə Uorlik bildirib.

Onun sözlərinə görə, hərtərəfli nizamlanma Dağlıq Qarabağın statusu məsələsini əhatə etməlidir.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir neçə gün əvvəl “Vedomosti”yə müsahibəsində bildirib ki, təhlükəsizlik təminatı Qarabağ nizamlanmasının elementi olmalıdır. Həmsədr qeyd edib ki, buraya beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi məsələsi daxildir: “Torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq”, - deyə o vurğulayıb.

Hələlik sülhməramlı qüvvələrin formalaşdırılması mərhələsinə gəlinmədiyini deyən həmsədr sülhməramlı kontingentin ATƏT, yaxud BMT himayəsi altında olacağını münaqişə tərəflərinin müəyyənləşdirəcəyini və bunun müzakirə predmeti olacağını bildirib.

Nizamlanma prosesinin prinsip və elementlərinə gəldikdə isə C. Uorlik bildirib ki, onların əksəriyyəti danışıqların Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin himayəsi altında aparıldığı dönəmdə müəyyən edilib: “Söhbət o vaxt görülən işin davamından gedir. Biz yeni məsələləri və yeni yanaşmaları icad etməyə çalışmırıq. Diskussiyanı o vaxt əldə olunanların əsasında davam etdirməyə çalışırıq. Bura bir sıra vacib məsələlər daxildir. Onların arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınlarla bağlı durum və təhlükəsizlik təminatı kimi məsələlər var. Biz bu məsələləri kompleks şəkildə nəzərdən keçiririk”.


Teqlər:





Xəbər lenti