Sarkisyan Ərdoğana başsağlığı verdi

Sarkisyan Ərdoğana başsağlığı verdi
  21 İyul 2015    Oxunub:2322
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində baş verən qanlı terror aktı ilə bağlı Rəcəb Tayyip Ərdoğana qısa başsağlığı məktubu ünvanlıyıb.

"Report"un "Arminfo"ya istinadən verdyi məlumata əsasən, Sarqsyanın başsağlığında deyilir: “Xəbərdən kədərləndim. Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirəm. Həlak olanların yaxınlarına səbr, yaralılara şəfa diləyirəm”.

Qeyd edək ki, Suruç şəhərində törədilən teror aktı nəticəsində ölənlərin sayı 31-a çatıb. Yüzdən çox insan yaralanıb.


Teqlər:





Xəbər lenti