Donald Tusk Ermənistana vizasız rejim vəd etdi

Donald Tusk Ermənistana vizasız rejim vəd etdi
  21 İyul 2015    Oxunub:2974
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrinə səfərini Ermənistan və Gürcüstana vizasız rejim vəd etməklə başlayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə müavfiq bəyanat Avropa Şurasının rəsmi saytında yerləşdirilib.

Məlumatda həmçinin bildirilir ki, səfər may ayında Riqada keçirilən `Şərq Tərəfdaşlığı` iştirakçılarının sammitində əldə olunan razılaşmalarının davam etdirilməsi üçün həyata keçirilir.

Qeyd edək ki, bu sabiq Polşa baş nazirinin Avropa İttifaqı Şurası pre4zidenti seçilməsindən sonra regiona ilk səfəridir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-i Azərbaycana səfər edcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti