Saakaşvili hasarları dağıtdı - Video

Saakaşvili hasarları dağıtdı - Video
  21 İyul 2015    Oxunub:3473
Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili şəhərdə dənizkənarı sahələrindəki çəpərləri sökdürüb.
AzVision.az xəbər verir ki, vilayət rəhbəri odessalıların şikayəti əsasında həmin əraziyə gedib. Söküntü işlərinə birbaşa olaraq özü nəzarət edib.

M.Saakaşvilinin göstərişi ilə Fövqəladə Hallar Xidmətinin əməkdaşları buldozerlə çimərlikdəki hasarı dağıdıblar. Xüsusən milyonçu Vasili Xmelnitskinin “Delfin” çimərliyindəki pansionatı dəniz sahilinə yolu bağlamışdı. Həmin obyektin divarlarıda sökülüb

Jurnalistlərə açıqlama verən vilayət rəhbəri deyib ki, yerli sakinlərin və qonaqların konstitusion hüquqlarının kobud şəkildə pozulduğunu əsas gətirərək belə bir addım atılıb: “Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur”.




Teqlər:  





Xəbər lenti