ŞOK: 300.000 insanın qatilinə 4 il cəza verildi

ŞOK: 300.000 insanın qatilinə 4 il cəza verildi
  21 İyul 2015    Oxunub:5180
Keçmiş SS zabiti Oskar Görning nasist Almaniyası dönəmində 300.000 insanın ölümündə iştirak etdiyinə görə Lüneburq əyalət məhkəməsi tərəfindən 4 il həbs cəzasına məhkum edilib.

AzVision.az alman mediasına əsasən məlumat verir ki, Oskar Görning 1942 və 1944-cü illər arasında Auşvitsdə əsirlərin məhv edilməsi üzrə heyətdə çalışıb. Eləcə də, 1944-cü ildən Macarıstandan gətirilən 400.000-ə yaxın yəhudinin yarısının 2 ay içərisində məhv edilməsində “xidmət göstərib”. Bunlarla yanaşı, Görning ölmüş insanlara aid pulların, qiymətli əşyaların Berlinə göndərilməsi prosesində də nəzarət edib.

Məhkəmənin qərarına prokurorluq yenidən baxa və bu da 94 yaşlı Oskar Görningə azadlığa çıxmasına üçün şərait yarada bilər.

Maraqlıdır ki, qərarı verən hakim çıxışında “Cənab Görning, mən burada sizi düşmən kimi təsvir etmirəm, lakin siz çalışdığınız sənədləşdirmə işlərilə bağlı özünüz haqqında qərarı çoxdan vermisiniz”,- deyə bildirib.

Xatırladaq ki, Oskar Görning həm də “SS” rəhbəri Haynrix Himmlerin “Auşvits” ölüm düşərgəsi üzrə sevimli müsahibatçısı olub və bütün məxfi sənədlərdən xəbərdar şəxs kimi tanınır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti