`Google` xəritələri niyə silir?

`Google` xəritələri niyə silir?
  21 İyul 2015    Oxunub:2669
`Google` şirkəti hazırda Almaniyada yerləşən qaçqın düşərgələrinin yerini əks etdirən xəritələri elektron bazadan silməyə başlayıb. Səbəb xəritələrdə Almaniyadakı yüzlərlə qaçqın massivlərinin açıq-aşkar göstərilməsidir ki, bu da nəticədə millliyyətçi ekstrimist qrupların qaçqınlara hücumunu çox rahatlaşdırır.

AzVision.az “Deutsche Welle“yə istinadən məlumat verir ki, ilk olaraq “Amadeu-Antonio Fondu” bu təkliflə çıxış edərək “Google” şirkətindən xəritələrin dərhal silinməsini tələb edib. “Google”un Almaniya üzrə rəsmisi Lena Hoyerman isə açıqlamasında deyib ki, “biz müraciətlərə yoxladıq və araşdırdıq. Hansı şəhərlərdəki nifrət dolu irqi etiraz, milliyətçi çıxışlar və milli ayrı-seçkilik zəminində etirazlar təşkil olunursa, həmin yerdə qaçqınların məskunlaşdığı məkanlara aid informasiyanı, o cümlədən xəritələri bazadan çıxartdıq”.

“Deutsche Welle” onu da əlavə edir ki, beləcə müəyyən qədər də olsa, qaçqınlar intensivləşməkdə olan hücum hallarından sığortalanmağa nail olacaqlar.

Qeyd edək ki, 2013-cü ilin statistik göstəriçiləri ilə müqayisədə Almaniyada gəlmələrə qarşı aqressiv hallar 3 dəfə çoxalıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti