Məmmədyarov türkiyəli həmkarına başsağlığı verib

Məmmədyarov türkiyəli həmkarına başsağlığı verib
  21 İyul 2015    Oxunub:2127
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna başşağlığı məktubu ünvanlayıb.
XİN-nin mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, məktubda, həlak olmuş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir və yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləndiyi qeyd olunur.

Həmçinin, məktubda bu acı gündə Türkiyə xalqının dərdinin bölüşüldüyü və törədilmiş qəddar terror aktının qəti şəkildə pisləndiyi vurğulanır.


Teqlər:  





Xəbər lenti