Saakaşvili ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edəcək

Saakaşvili ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edəcək
  21 İyul 2015    Oxunub:3071
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ABŞ dövlət katibi Bill Braunfildlə birgə iş haqqında memorandum imzalayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Saakaşvili özü `Facebook` səhifəsində yazıb.

`Birləşmiş Ştatlar gömrükdə islahatlar, inzibati işlər və könüllülərə pulsuz hüquqi yardımın göstərilməsi məsələsində yardım edəcək`, - deyə Saakaşvilinin mesajında bildirilir.

Braunfild vurğulayıb ki, rəsmi Vaşinqton Odessa rəhbərliyinin korrupsiyası ilə mübarizəsini dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti