Donetskə ət aparan azərbaycanlılar tutuldu

Donetskə ət aparan azərbaycanlılar tutuldu
  22 İyul 2015    Oxunub:2202
Ukrayna könüllüləri işğal edilmiş Donetsk vilayətinə ət aparan azərbaycanlı alverçiləri yaxalayıb.
AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, 9 nəfər azərbaycanlı alverçidən 10 ton ət müsadirə edilib.

Ukrayna hakimiyyətinin qaçaqmalçılığa qarşı mübarizəyə cəlb etdiyi könüllülərdən biri Rodion Şovkoviçnıy qeyd edib ki, gecə vaxtı saxlanan azərbaycanlılar 5 maşında ət aparırmışlar. Onların dediyinə görə, əti Donetskdə ət satan azərbaycanlı alverçilərə təhvil verməli imişlər.

Könüllüləri saxladıqları azərbaycanlıları vergi xidmətinə təhvil veriblər. Ukrayna Cinayət Məcəlləsinə görə, azərbaycanlı alverçilərə 6 ilə qədər həbs cəzası verilə bilər.


Teqlər:





Xəbər lenti