Depardye Ukraynada `qara siyahı`ya salındı
Nəşrin məlumatına görə, Ukrayna kinoteatrlarında və televiziyalarında Depardyenin iştirakı ilə bağlı filmlərin göstərilməsi qadağan edilib. Bundan sonra Depardyenin adını KİV-də çəkmək qadağandır. Fransız nəşri vurğulayır ki, aktyorun `qara siyahı`ya salınmasına səbəb onun `Rusiya və onun bir hissəsi olan Ukraynanı sevməsi` barədə bəyanatı və Rusiya prezidenti Vladimir Putini dəstəkləməsi barədə çıxışları olub.
Qeyd edək ki, 2013-cü ilin yanvarında Depardyeyə Rusiya vətəndaşlığını qəbul edib. Soçidə görüş zamanı Putin ona şəxsən Rusiya p0assportunu təqdim edib.
Eldar Tanrıverdiyev
AzVision.az