Erməni nazirin varidatı açıqlandı

Erməni nazirin varidatı açıqlandı
  22 İyul 2015    Oxunub:3035
Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyanın varidatı kəskin şəkildə artıb.
Bu barədə AzVision.az Ermənistanın `Jovoxud` qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, nazir 2014-cü il üzrə gəlir bəyannaməsində göstərib ki, ötən il onun gəlirləri 79,500 dollar, 78,200 avro və 175 milyon dram təşkil edib. Ötən illə müqayisədə onun həm də əmək haqqısı da 1 milyon 237 min dram artıb.

Bundan əlavə ötən il Serqo Karapetyan ötən il 13 milyon drama öz ` BMW X5 3.01` markalı avtomobilini də satıb. Nazirin həyat yoldaşı Nvard Ovakimyanın gəlirləri isə ötən il 20 milyon 500 min dram və 32,800 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti