Britaniya kraliçasının Hitler sevgisi – Sensasion VİDEO

Britaniya kraliçasının Hitler sevgisi – Sensasion VİDEO
  22 İyul 2015    Oxunub:3742
Təzəcə üzə çıxmış və 1933-cü ilə aid edilən tarixi videoda indiki Britaniya kraliçası II Yelizavetanın Hitlerə necə sayğı salamı verməsi böyük hüy-küyə səbəb olub.

AzVision.az “The Guardian”a istinadən xəbər verir ki, 1933-cü ildə çəkilmiş video çarxda İngiltərə şəhzadəsi 7 yaşlı II Elizabet sağ əlini qaldıraraq, Hitler salam verir. Videorolik 17 saniyə davam edir və ağ-qara video görüntüdə II Yelizavetanın kiçik bacısı Marqaret, anası, dayısı və kral VII Edvard görünməkdədir.

Bu tarixi faktı ilk olaraq “The Sun” qəzeti ortaya çıxardıb. Güman olunur ki, video çəkiliş 1933 və ya 1934-cü illərdə Balmoral kral malikanəsində çəkilib.

Əlbəttə, çəkilişin indi ortaya çıxması, həm də kral ailəsinin arxivindən əldə olunaraq yayımlanması təəccüb doğurur. “The Guardian” əlavə edir ki, faktın ortaya çıxması kral ailəsinin “əfsanəvi imic”inə mənfi təsir göstərəcək.

Tarixçilər tərəfindən o da vurğulanır ki, II Yelizavetanın atası kral VII Edvardın nasional sosialistlərə, xüsusən Adolf Hitlerə qarşı böyük simpatiyası vardı. Britaniya kralı VII Edvard 1937-ci ildə Münhendə Adolf Hitlerlə görüşməyə də nail olub.

Əslində isə videonu yayımlamaqda məqsəd hazırda 89 yaşda olan kraliçanı `qaralamaq` deyil, kral VII Edvarda diqqətləri cəlb etməkdir.

Fərrux Həsənov
AzVision.az




Teqlər:





Xəbər lenti