Obama Keniyada qohumları ilə görüşəcək

Obama Keniyada qohumları ilə görüşəcək
  23 İyul 2015    Oxunub:2350
ABŞ prezidenti Barak Obama Afrika turnesi çərçivəsində öz qohumları ilə görüşəcək.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bildirib.

`Həm zaman, həm də logistika anlamında məhdudiyyətlər var. Lakin mən əminəm ki, o, bu səfəri və yaxınları ilə müəyyən müddət vaxt keçirmək imkanını gözləyir`, - deyə Rays vurğulayıb.

Daha əvvəl ABŞ prezidentinin Koqelo kəndində yaşayan ailə üzvləri ilə görüşməkdən imtina etməsi barədə xəbərlər yayılmışdı. Obamanın atası Keniyada doğulub. ABŞ prezidentinin qohumları hələ də bu ölkə də yaşayır.

Qeyd edək ki, Obama Sahibkarlıq üzrə Qlobal Sammitdə iştirak etmək üçün iyulun 24-ü Keniyaya səfər edəcək. Bu səfər ABŞ prezidentinin tarixdə ilk dəfə Keniyaya səfər edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti