İranda 694 nəfər edam edildi
Təşkilat bu rəqəmin olduqca yüksək göstərici olduğunu qeyd edir. Belə ki, 2014-cü ildə ümumilikdə İranda həbs olunanların sayı bu qədər olub.
`Əgər İran rəhbərliyi ölüm hökmlərinin icrasını bu cür dəhşətli sürətlə icra etməyi davam etdirsə, onda ilin sonuna kimi edam olunan şəxslərin sayı mini keçəcək`, - deyə `Amnesty International` təşkilatının direktorunun Yaxın Şərq və Şimali Afrika üzrə müşaviri Səid Bumeduha etibarlı mənbələrə istinadən xəbər verir.
Hüquq müdafiəçiləri isə vurğulayır ki, rəsmi Tehran müvafiq dövr ərzində 246 edam hökmü həyata keçirildiyini etiraf edir.
Eldar Tanrıverdiyev
AzVision.az