Rusların 87 faizi Putindən razı, 12 faizi narazıdır

Rusların 87 faizi Putindən razı, 12 faizi narazıdır
  23 İyul 2015    Oxunub:2387
“Levada çentr” araşdırmalar mərkəzinin sorğusuna əsasən rusların 87 faizi ölkə prezidenti Vladimir Putinin fəaliyyətini dəstəkləyir.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Rəyi soruşulanların yalnız 12% faizi Putinin yürütdüyü siyasətdən narazıdır.

Bundan əlavə, sorğuya əsasən rusların 65%-i baş nazir Dmitri Medvedyevin fəaliyyətindən razıdır. Respondentlərin 33 faizi isə baş nazirin işindən narazıdır.

Keçirilən sorğuya əsasən, ümumilikdə rusların 58%-i ölkə hökumətinin, 50 % isə Rusiya Dövlət Dumasının işindən razıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti