`İran-Azərbaycan münasibətləri qaneedici deyil` - Keçmiş səfir

`İran-Azərbaycan münasibətləri qaneedici deyil` - Keçmiş səfir
  23 İyul 2015    Oxunub:2677
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani AzVision.az-a müsahibəsində özü və iki ölkə arasındakı münasibətlərlə bağlı maraqlı fikirlər səsləndirib.

- Hazırda hansı işlərlə məşğul olursunuz?


- Hazırda bir politoloq kimi siyasi və beynəlxalq məsələlər haqda şərhlər yazıram, müsahibələr verirəm, seminarlarda və konfranslarda çıxış edirəm, tələbələrin suallarını cavablandırmaq üçün universitetlərə dəvət olunuram. Ailə məsələlərilə məşğul oluram və bir az da istirahət edirəm. Tehranda yaşadığım üçün hərdənbir qohumlarımı görməyə Ərdəbilə gedirəm.

Hələ ki, bu ədalətsiz və yalan dünyada yaşayıram. Yaşayarkən də tədqiqatlar, yazılar və adi həyat işlərilə də məşğulam. Yaxşi ki, bu internet var, yoxsa tükənərdim.

- Bakıya gəlirsinizmi?
- Hərdənbir gəlirəm.

- Yenidən Bakıda səfir işləmək istəyərsinizmi?
- Ümumiyyətlə, səfir olmaq istəmirəm.

- İran-Azərbaycan münasibətləri barədə nə deyə bilərsiniz?
- Iran-Azərbaycan əlaqələri Əhmədinejat zamanı ilə müqayisədə bir az yaxşılaşsa da, hələ də qaneedici deyil.

- Gələcəkdə Bakıda yaşamağı planlaşdırmısınızmı?
- Arada Bakıya gəlib-qayıtmaq kifayət edir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti