İŞİD ayda 40 milyon dollar qazanır

İŞİD ayda 40 milyon dollar qazanır
  24 İyul 2015    Oxunub:2664
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı təkcə işğal etdiyi ərazilərdə neft hasilatından ay ərzində 40 milyon dolla gəlir əldə edir.
AzVision.az `Fox News`-a istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə müşaviri Deniel Qleyzer bildirib.

O, vurğulayıb ki, bu məlumat Suriyanın şərqində neft-qaz hasilatına nəzarət edən İŞİD liderlərindən biri Abu Sayyafın zərərsizləşdirilməsi ilə əlaqədar keçirilən əməliyyat zamanı əldə olunub.

Qleyzer həmçinin qeyd edib ki, terror təşkilatının adı üzvləri ayda 1000 dollar qazanırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti