Türkiyədən İŞİD-ə cavab – 35 ölü

Türkiyədən İŞİD-ə cavab – 35 ölü
  24 İyul 2015    Oxunub:3081
Türkiyə hərbi hava qüvvələri ölkənin Suriya sərhəddində yerləşən “İŞİD” üzvlərinə qarşı keçirdiyi bombardman zamanı 35 terrorçu məhv edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatda terrorçu qruplaşmanın iki qərargahı, toplanma mərkəzi vurulub. Bundan başqa terrorçulara aid üç tank və üzərində iriçaplı pulemyot olan üç pikap tamamilə məhv edilib.

Əməliyyat ötən gecə 03:12-dən etibarən başlayıb. Belə ki, İŞİD-in yerləşdiyi ərazilərə uçan 3 F-16 döyüş təyyarəsi saat 03:40-dan 03:53-ə qədər kəşfiyyat aparıb, pilotsuz təyyarələr vasitəsi ilə əvvəlcədən müəyyən olunmuş "İŞİD" hədəflərini bombalayıb. Əməliyyat saat 04:24-də tamamlanıb.

Əməliyyatı həyata keçiriən hərbi hava qüvvələrinin qırıcıları heç bir xəsarət görmədən geri qayıdıb.

Eyni zamanda Suriya ilə sərhəddə yerləşən Oğuzeli bölüyünə aid olan Dağ Sərhəd Polis Məntəqəsində dünən saat 13:30 radələrində İŞİD üzvləri arasında atışma baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.


Teqlər:





Xəbər lenti