Hər il 1,4 milyon insan Hepatitdən ölür
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda qeyd olunub.
Güvənli olmayan infeksiyalar səbəbilə hər il təxminən 2 milyon insanın hepatit virusuna yoluxduğuna diqqəti çəkən ÜST tək istifadəlik şprislərin virusun yoluxmasının qarşısını alacağını ifadə edib.
Qan və digər bədən mayeləri ilə yoluxan hepatit B qaraciyərə təsir edir və xroniki xəstəliklərə səbəb ola bilir. Dünya miqyasında təxminən 240 milyon insan hepatit B virusu daşıyır. Serroz və qaraciyər xərçənginə səbəb olan hepatit B hər il 780 min insanın həyatını itirməsinə yol açır. Bundan başqa, bütün uşaqların peyvənd olunmasının zəruri olduğuna diqqətləri çəkən Ümumdünya Səhiyyə Təşkilatı üç doza peyvənd ilə qorunmanın mümkün olduğunu bildirərək peyvəndin doğumdan sonra 24 saat içində vurulmasını tövsiyyə edir.
Hepatit C-nin peyvəndi yoxdur!
Hər il təxminən 500 min insanın ölümünə səbəb olan hepatit C virusunun hələ ki, peyvəndi mövzud deyil. Hepatit A və E xəstənin nəcisi ilə kirlənən su və qida maddələrinin istifadə ilə yoluxur.
Aysel Əliyeva