Ermənistanda sürücülər etiraza qalxdı

Ermənistanda sürücülər etiraza qalxdı
  25 İyul 2015    Oxunub:2627
Yerevanda trolleybus sürücüləri tətil keçirirlər.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onlardan bəziləri işdən çıxmaq barədə ərizə yazıblar.

Buna səbəb sürücülərin sutkada 16-17 saat işləməyə məcbur edilməsidir. Üstəlik, müdiriyyət iş saatının artırılmasına rəğmən, əvvəlki kimi 40 min dram (87 manat) maaş vermək niyyətindədir.

Sürücülərin tətili 4 gündür davam edir.


Teqlər:





Xəbər lenti