`Putini hakimiyyətə mən gətirmişəm` - Oliqarx
Bankirin sözlərinə görə, bu addım ölkəni itirməmək üçün qaçılmaz idi. "Dövlət Duması çevriliş hazırlayırdı və Yeltsin və ailəsinə qarşı cinayət işinin açılmasına cəhd edirdi. Biz uğrunda mübarizə apardığımız hər şeyi qorumalı idik. Məhz mən Tatyana Dyaçenko və Valentina Yumaşevanı razı saldım ki, Yeltsini Putini hökumətə rəhbər təyin etməyə və sonradan müvəqqəti olaraq istefa vermək üçün yola gətirsinlər. Şəxsən mən Putini hakimiyyətə gətirmişəm. Mən 9 ay gecə-gündüz buna nail olmaq üçün əlləşdim", - Puqaçov bildirib.
Bankir bildirib ki, dövlət üçün 24 saat işləməyə adam lazım idi. Lakin Puqaçov burada səhv etdiyini etiraf edib.
O, əmin idi ki, arxasında heç bir siyasi nailiyyət dayanmayan bir şəxsi idarə etmək asan olacaq:
"SSRİ-nin çökməsinə qədər o həyatının çox hissəsini kommunal evlərdə keçirmişdi. Yalnız 40 yaşından sonra meriyada işləməyə başladı".
Puqaçovun sözlərinə görə, Putinə Novo-Oqarevodakı iqamətgahını göstərəndə yeni prezidentin heyrətdən gözləri bərəlmişdi.
Qeyd edək ki, Rusiya Beynəlxalq Sənaye Bankının 2010-cu ildə lisenziyası ləğv edilmişdi, noyabrda isə bank özünü bankrot elan etmişdi.
Teqlər: