Saakaşvili ilə oliqarxın davası qızışır

Saakaşvili ilə oliqarxın davası qızışır
  25 İyul 2015    Oxunub:3458
Odessanın qubernatoru Mixeil Saakaşvilinin əmri ilə çimərlik ətrafında sökülən hasar yenidən ucaldılır.
Trend-in “Zvezda” teleradio şirkətinə istinadən verdiyi məlumata görə, işçilər sabiq xalq deputatı, oliqarx Vasili Xmelnitskinin nəzarət etdiyi ərazi ətrafında yeni divar tikirlər.

İşçilər hərəkətlərini şərh etməkdən imtina edirlər. Hasar hələ tam ucaldılmayıb. Çimərliyə giriş mümkündür.

Qeyd edək ki, iyulun 21-də M.Saakaşvilinin əmri ilə milyarder V.Xmelnitskinin Odessa sahilində ucaltdığı beton divar dağıdılmışdı. Qubernator bəyan etmişdi ki, çimərliyi xalqa verəcək.


Teqlər:





Xəbər lenti