Türkiyə xaos yaşayır
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbulda çalışan polis məmuru ailə ziyarətindən qayıdarkən Diyarbakır-Bingöl yolunda hücuma məruz qalıb. Silahlılar polisin ailə üzvlərini sərbəst buraxıblar, özünü isə girov götürərək naməlum istiqamətdə aparıblar.
Bundan başqa PKK-çılar içərisində üç həkim olan təcili tibbi yardım avtomobilini qaçırıblar.
Eyni zmanda Diyarbəkir və Hakkari əyalətlərində PKK terror təşkilatının törətdiyi partlayışlar nəticəsində azı 10 polis əməkdaşını yaralanıb, daha bir asayiş keşikçisi girov götürüb. Öncə terrorçular Diyarbəkir əyalətində yerləşən polis məntəqəsinə əl qumbarası atıblar. Partlayış nəticəsində 7 polis yaralanıb.
Hakkaridə isə əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 3 polis yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
İstanbul Polis İdarəsi ötən gün başlayan əməliyyatları isə davam edib. Bəyoğlu istiqamətində keçirilən əməliyyata havadan da dəstək verilib. Xüsusi təyinatlılar öncədən müəyyən edilmiş ünvanlara eyni anda basqın ediblər. Əməliyyatlar davam edir.
Rəsmi ankara isə baş verən hadisələri nəzarət etməyə çalışır. Bu məqsədlə Türkiyənin baş naziri Əhməd Davudpoğlunun başçılığı ilə “Çankaya” köşkündə fövqəladə iclas keçirilib. İclasda İŞİD və PKK terror təşkilatlarına istiqamətlənmiş sərhəddən kənar əməliyyatlar dəyərləndirilib. İclas 1 saat 10 dəqiqə davam edib.
Qeyd edək ki, Şimali İraqda olan PKK terror təşkilatına aid hədəflərin bombardıman olunmasından sonra təşkilat açıqlama yayıb. PKK-ya yaxın xəbər mənbələri bildirib ki, təşkilat açıqlama yayaraq Türkiyə Silahlı Qüvvələrinin (TSK) sərddən kənar əməliyyatından sonra atəşkəsin hüquqi qüvvəsinin qalmadığını qeyd edib:
“Bu bombardımanların nəticəsi və bu əməliyyatlar barədə ətraflı məlumat ən yaxın zamanda xalqımıza və ictimaiyyətə məlumat veriləcək.” - deyə terror təşkilatının bəyanatında bildirilir.
AzVision.az