İrəvanda Botanika bağı yandı

İrəvanda Botanika bağı yandı
  25 İyul 2015    Oxunub:2926
Bu gün İrəvandakı Botanika bağında yanğın olub.
Bu haqda "İnterfaks" məlumat yayıb. Xəbərə görə, yanğın təxminən 5 hektar ərazini əhatə edib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb ounub.

Yerli vaxtla saat 12:50-də başlayan yanğının səbəbləri araşdırılır. Ölən və yaralanan haqqında məlumat yoxdur.

İrəvan Botanika Bağı 90 hektar sahəni əhatə edir. Burada 1070 növ bitki və ağac var.


Teqlər:





Xəbər lenti